Bakı-APA. İyulun 12-də Peruda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 polis əməkdaşı və 1 mülki şəxs ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəzaya səbəb polis avtomobilinin sərnişin avtobusu ilə qarşı-qarşıya toqquşması olub.
Qəzanın Xunin şəhərinin ətrafında baş verdiyi bildirilir. Hadisə nəticəsində avtobus sürücüsü və polis əməkdaşı xəsarət alıb.
Qəzanın səbəbləri araşdırılır.