Bakı-APA. Perunun paytaxtı Limadan 500 km şimal-şərqdə Pukalpa şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb. Nəticədə 7 nəfər həlak olub.
«Columbia Helicopters» özəl şirkətin məxsus helikopter gecə saatlarında Tarapoto şəhərinə uçurmuş. Havaya qalxdıqdan 6 dəqiqə sonra o San-Xuan qəsəbəsinin yaxınlığında yerə düşərək partlayıb. Yerli jurnalistlərin məlumatına görə, hadisə nəticəsində həlak olmuş 7 nəfərin cəsədi tapılıb. Onların arasında 2 ehtiyatda olan hərbçi də var.
Şahidlərin sözlərinə görə, helikopter havada iki yerə parçalanıb və helikopterdəkilər paraşütlərin köməyilə tullanmaq istəyiblər.
Helikopterdə pilotlardan əlavə neft-qaz yataqlarının kəşfiyyatı şirkətinin əməkdaşları olublar.