Bakı-APA. Perunun paytaxtından 480 km şimalda yüngülmotorlu təyyarə qəzaya uğrayıb. APA-nın məlumatına görə, nəticədə 9 nəfər həlak olub.
«MARSA qızıl hasilatı şirkəti üçün çarter reyslərini həyata keçirən yüngülmotorlu təyyarə La-Libertad bölgəsinin Patas əyalətində yerə düşərək yanıb. Pilot, onun köməkçisi, həmçinin 7 sərnişin həlak olublar», deyə RPP radiostansiyasının efirində yerli hakimiyyətin nümayəndəsi Roxer Mendosa bildirib.
İlkin məlumata görə, təyyarə elektrik ötürücü xəttinə toxunub.