Bakı. Əli Əhmədov – APA. ABŞ-dakı prezident seçkilərinin nəticələri məlum olandan sonra məğlub olmuş respublikası namizəd Mitt Romni «Facebook»dakı dostlarını saatda 847 nəfər sürətlə itirməyə başlayıb.
APA-nın «The Washington Post»a istinadən məlumatına görə, noyabrın 6-da saat 23.30-dan indiyədək 55 mindən artıq «Facebook» istifadəçisi onun səhifəsi ilə dostluğunu ləğv edib. Romninin «Facebook» səhifəsindəki aktivlik də azalır. Səhifə sonuncu dəfə burada ötən həftənin ortalarında yenilənib.
Yenidən prezident seçilən Barak Obamanın dostları isə əksinə, sürətlə artmaqdadır. Sosial şəbəkədə prezidentin dostlarının sayı saatda 6250 nəfər sürətlə artır. Bu günə olan məlumata görə, Obama «Facebook»da 33 246 987 «like»a malikdir ki, bu da seçki günündəkindən 900 min artıqdır.