Bank Of Baku

Quantanamo həbsxanasında məhbuslarla nəzarətçilər arasında toqquşmalar olub

Quantanamo həbsxanasında məhbuslarla nəzarətçilər arasında toqquşmalar olub
# 13 aprel 2013 23:54 (UTC +04:00)

Bakı-APA. ABŞ Hərbi Dəniz Qüvvələrinin Quantanamoda (Kuba) yerləşən xüsusi həbsxanasında məhbuslarla nəzarətçilər arasında toqquşmalar olub. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Robert Düran bildirib.   

 

Onun sözlərinə görə, məhbusların bir qismi olduqları kameraların pəncərələrini pərdələyiblər və müşahidə kameralarını paltarları ilə örtüblər. “Quantanamoda intizam və təhlükəsizliyi qorumaq üçün daimi nəzarət gərəkdir, odur ki kameralara daxil olub nəzarətçilərə müşahidə aparmağa maneə yaradan səbəbləri aradan götürmək qərarı verilib”, deyə Düran qeyd edib. Bundan sonra məhbuslar nəzarətçilərə hücum edib. Sonuncular qiyamı yatırtmaq məqsədi ilə bir neçə dəfə   atəş açmağa məcbur olub. “Nizam-intizam bərpa olunub. İnsident nəticəsində xəsarət alan olmayıb”, deyə Düran qeyd edib.    

 

O həmçinin qeyd edib ki, iğtişaşlar həbsxananın 43 məhbus saxlanılan hissəsində baş verib. Onlar fevralda şəxsi əşyalarının müsadirə olunmasına etiraz olaraq aclıq elan edib.   

 

Quantanamo həbsxanasında hal-hazırda 166 məhbus saxlanılır, onların əksəriyyəti 10 il əvvəl ABŞ xüsusi təyinatlıların həyata keçirdikləri antiterror əməliyyatların nəticəsində saxlanılıb.  

 

Xatırladaq ki, Barak Obama ABŞ prezidenti səlahiyyətlərinə başlayan kimi 2009-cu il yanvarın 22-də Quantanamo həbsxanasının bir il müddətində bağlanması barədə fərman imzalayıb. Lakin, buna baxmayaraq, həbsxana hələ də fəaliyyət göstərir və bu hal ABŞ-da hüquq müdafiəçiləri tərəfindən kəskin tənqid olunur.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR