Bank Of Baku

Qvatemala Makafi antivirusunun yaradıcısına sığınacaq verməkdən imtina edib

Qvatemala Makafi antivirusunun yaradıcısına sığınacaq verməkdən imtina edib
# 07 dekabr 2012 01:30 (UTC +04:00)

Bakı-APA. Qvatemala Makafi antivirusunun yaradıcısı ABŞ milyonçusu Con Makafiyaya siyasi sığınacaq verməkdən imtina edib. Con Makafi Belizə deportasiya ediləcək.

APA-nın Mayak radiosuna istinadən verdiyi xəbərə görə, Qvatemala hökuməti hansı əsasla bu qərarı qəbul etməsini izah etməyib.

Qeyd edək ki, Con Makafi Beliz respublikası ərazisində ABŞ vətəndaşını öldürməkdə şübhəli bilinir.

Makafi bu cinayətdə heç bir rolu olmadığını bildirib. Milyonçunun sözlərinə əsasən  yerli siyasətçilərə rüşvət vermədiyinə görə, Beliz hakimiyyəti ona böhtan atıb.     

Öz növbəsində Beliz Daxili İşlər Nazirliyi bəyan edib ki, Makafi Karib adalarında yaşayarkən qonşusu, tikinti şirkətində çalışan ABŞ vətəndaşı Qreqiri Follu odlu silahdan qətlə yetirməkdə şübhəli bilinir. Makafinin Mərkəzi Amerika ölkələrində narkotik alverində əli olduğu da qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR