APA-nın “İnterfaks” agentliyinə istinadən məlumatına görə, Vaşinqtonda və Havanada hər iki ölkənin səfirliyinin açılacağı gözlənilir.
“Biz yarım əsir əvvəl kəsilmiş diplomatik münasibətləri bərpa edirik”, deyə R.Kastro bildirib.
Xatırladaq ki, ABŞ-la Kuba arasında diplomatik münasibətlər 1961-ci ildən kəsilmişdi.