Bakı-APA. ABŞ Konqressinin Senatında Respublikaçılar partiyası Çak Heygelin ABŞ müdafiə naziri vəzifəsinə president Barak Obama tərəfindən irəli sürülən namizədliyinin təsdiqlənməsi üzrə səsverməni təxirə salıb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, Respublikaçılar partiyasından olan senatorların əksəriyyəti səsvermənin əleyhinə səs verib. Səsvermənin keçirilməsinin lehinə cəmi 58 senator səs verib, əleyhinə - 40 nəfər və 2 nəfər bitərəf qalıb. Beləliklə, səsvermənin keçirilməsi üçün 2 səs çatmayıb. Təkrar prosedur fevralın 26-da keçiriləcək.
Təkrar səsvermədə Heygelin namizədliyinin təsdiqlənməsi gözlənilir. Bu arada Barak Obama təklif etdiyi namizədin düzgün seçim olduğunu və bu posta başqa bir namizədi irəli sürmək niyyətində olmadığını bəyan edib.