Bank Of Baku

Respublikaçılar Çak Heygelin müdafiə naziri postuna namizədliyinə dəstək verməyəcəkləri ilə hədələyib

Respublikaçılar Çak Heygelin müdafiə naziri postuna namizədliyinə dəstək verməyəcəkləri ilə hədələyib
# 14 fevral 2013 23:49 (UTC +04:00)

Bakı-APA. Bir qrup respublikaçı senator Çak Heygelin müdafiə naziri postuna president Barak Obama tərəfindən irəli sürülən namizədliyinə dəstək verməyəcəkləri barədə bəyanatla çıxış ediblər.

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, respublikaçılar Heygelin İsrail, İraq və İranla bağlı bəyanatlarından narazı qalıb və indi onlar Heygelin yeni vəzifəyə təyinatı ilə bağlı səsverməni təxirə salınması tələbi ilə çıxış edə bilər.

 

Ağ Ev senatorların bəyanatlarını ABŞ-ın müttəfiqləri və amerikalı hərbçilər üçün “pis siqnal” adlandırıb.

 

Pentaqonun rəhbəri vəzifəsinə 66-yaşlı Vyetnam müharibəsi veteranının namizədliyinin irəli sürülməsi senatorlar arasında dərhal qızğın mübahisələrə səbəb olub.  

 

Respublikaçılar Çak Heygeli İsrailə qarşı sərt tənqidi mövqedən çıxış etməkdə, İrana qarşı isə yumşaqlıq nümayiş etməkdə günahlandırır. Çak Heygel bəyan edib ki, İrana qarşı sanksiyalar nüvə probleminin həllində effektiv deyil. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR