Bank Of Baku

Senatorlar Con Kerrinin Dövlət Departamentinin rəhbəri vəzifəsinə təyinatını dəstəkləyib

Senatorlar Con Kerrinin Dövlət Departamentinin rəhbəri vəzifəsinə təyinatını dəstəkləyib
# 25 yanvar 2013 01:03 (UTC +04:00)

Bakı-APA. Dörd saat davam edən ünsiyyətdən sonra senatorların əksəriyyəti Senatın Beynəlxalq komitəsinin sədri Con Kerrinin ABŞ Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini dəstəkləyib.  

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, C.Kerri dörd saat senatorların onun dövlət katibi olacağı təqdirdə planlarına dair suallarını cavablandırıb. Senator həmkarlarını əmin edib ki, onun addımları Barak Obama administrasiyasının siyasətinə zidd olmayacaq və sələfi Hillari Klintonun seçdiyi taktikanı davam edəcək.     

Dinləmələrdə həmsədrlik edən Robert Korker bildirib ki, Senat Kerrini yeni vəzifəyə təyinatını yaxın günlərdə təsdiq edəcək.   

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama C.Kerrinin Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini 2012-ci ilin dekabrın 21-də irəli sürüb.

Qeyd edək ki, Con Kerri xarici siyasət sahəsində böyük nüfuza malik mütəxəssis hesab olunur və bütün dünyada tanınmış və hörmətli siyasətçilərdən biri sayılır.

Politoloqlar hesab edirlər ki, dövlət katibinin dəyişilməsinə baxmayaraq, ABŞ-ın xarici siyasət kursu əvvəlki kimi qalacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR