Bank Of Baku

Sorğu: ABŞ-da silah satışına məhdudiyyət zorakılığa son qoymayacaq

Sorğu: ABŞ-da silah satışına məhdudiyyət zorakılığa son qoymayacaq
# 20 dekabr 2012 03:56 (UTC +04:00)

Bakı-APA. ABŞ əhalisinin 50 faizindən çoxu silah satışına sərt məhdudiyyətlər qoyulmasını dəstəkləyirlər, lakin bunun zorakılığa son qoyacağına şübhə edirlər. CNN telekanalının apardığı sorğu bunu deməyə əsas verir.

 

Sorğunun nəticələrinə əsasən, respondentlərin 52 faizi silah satışına sərt məhdudiyyətlər qoyulmasını və ya silah saxlanmasına tam qadağa tətbiq edilməsini dəstəkləyirlər.

 

Lakin hökumət tərəfindən atılan addımlara baxmayaraq amerikalıların 53%-i ölkədə güllələnmələrin davam edəcəyinə əmindirlər.

 

Telekanalın məlumatına görə, bu mövqedən çıxış edənlərin sayı son illər ərzində ilk dəfədir ki 50% göstəricini keçib.

 

Sorğu bütün ölkə ərazisində 620 amerikalını əhatə edib.

 

Sorğu dekabrın 17-18-də, Konnektikut ştatında ibtidai məktəbdə baş vermiş dəhşətli faciədən sonra aparılıb. Xatırladaq ki, 20 yaşlı Adam Lanza 20-si uşaq olmaqla, 26 insanı qətlə yetirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR