Bank Of Baku

Sorğu: Amerikalılar Suriyaya hərbi müdaxilənin əleyhinədirlər

Sorğu: Amerikalılar Suriyaya hərbi müdaxilənin əleyhinədirlər
# 25 dekabr 2012 01:56 (UTC +04:00)

Bakı-APA. ABŞ-da keçirilən sorğuda iştirak etmiş amerikalıların 50 faizdən çoxu ölkənin Suriyadakı münaqişəyə birbaşa müdaxiləsinə qarşı çıxıb. APA-nın məlumatına görə, bu barədə CNN telekanalının keçirdiyi sorğunun nəticələrində göstərilir.

 

Araşdırmanın nəticələrinə əsasən, 52 faiz respondent düşünür ki, ABŞ və müttəfiq dövlətlər Suriya müxalifət qüvvələrinə kömək məqsədi ilə döyüş təyyarələri və raketlərdən istifadə etməməlidir.

 

Sorğuda iştirak etmiş amerikalıların 43 faizi isə ABŞ-ın Suriyada hərbi texnika və silah işlətməsinə dəstək verib.

 

Sorğunun nəticələrinə əsasən, respondentlərin 55 faizi ABŞ və müttəfiq dövlətlər tərəfindən Suriya müxalifətinə hərbi avadanlıq və silah verilməsinə qarşı çıxıb.

 

Sorğunun nəticələri göstərib ki, 34 faiz amerikalı Suriyada baş verənlərlə bağlı “dərin narahatlıq” hissi keçirir, 46 faizi isə “bir az həyəcanlıdır”. Respondentlərin cəmi 18 faizi Suriyadakı vəziyyətlə bağlı heç bir narahatlıq hiss etmirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR