Bakı-APA. Suriya Müxalif və inqilabi qüvvələrinin milli koalisiyası Vaşinqton və Nyu-Yorkda nümayəndəliklər açacaq. APA-nın məlumatına görə, bu barədə Washington Times qəzeti yazıb.
Məlumata görə, Vaşinqtondakı nümayəndəliyə Texasda yaşayan daşınmaz əmlak satıcısı Übab Xəlil, Nyu-Yorkdakı büroya isə Arkanzas universitetinin politologiya müəllimi Nəcib Kadbian başçılıq edəcək.
Vaşinqton nümayəndəliyinin vəzifəsi müxalifət lideri Əhməd Muaz əl-Xətibin ABŞ-a səfərini hazırlamaq, Nyu-York ofisinin vəzifəsi isə BMT Təhlükəsizlik Şurası ilə əlaqə qurmaqdır.