Bank Of Baku

Tamerlan Tsarnayev mayın 6-da Massaçusets ştatında dəfn olunacaq

Tamerlan Tsarnayev mayın 6-da Massaçusets ştatında dəfn olunacaq
# 05 may 2013 02:24 (UTC +04:00)

Bakı-APA. Bostonda terror aktı törətməkdə şübhəli bilinən 26 yaşlı Tamerlan Tsarnayevin cəsədi mayın 6-da Vuster şəhərində (Massaçusets ştatı) torpağa tapşırılacaq. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə mərasimin təşkili ilə məşğul olan Boston şəhərinin dəfn mərasimləri üzrə bürosunun rəhbəri Piter Stefan bildirib.   

 

“Biz onu bazar ertəsi günün sonunda dəfn edəcəyik”, deyə o bildirib. Stefan əlavə edib ki, hal-hazırda qəbrin yeri müəyyənləşir.

 

Qeyd edək ki, Boston sakinləri Tsarnayevin torpağa tapşırılmasına qarşı çıxaraq, onu Üsamə ben Laden kimi “dənizdə dəfn olunmasını” təklif edirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR