Bank Of Baku

Texas polisi zavoddakı yanğın və partlayışın qəsdən törədilmədiyini açıqlayıb

Texas polisi zavoddakı yanğın və partlayışın qəsdən törədilmədiyini açıqlayıb
# 18 aprel 2013 15:18 (UTC +04:00)

Bakı – APA. Müstəntiqlər Texasdakı gübrə zavodunda qəsdən yanğın törədildiyi haqda sübutlara malik deyil. APA-nın xəbərinə görə, bunu amerikalı jurnalistlərə açıqlamasında polis serjantı Patrik Suonton (Patrick Swanton) deyib. O, yanğının təsadüfən baş verə biləcəyini düşündüklərini söyləyib: “Buna baxmayaraq, müstəntiqlər hələlik hadisə yerinə gedib yanğının mənbəyini müəyyənləşdirə bilmir. Olayın cinayət olduğunu deməyə əsas yoxdur, lakin biz hazırkı mərhələdə bunu istisna etmirik”.    

 

Polis hadisə zamanı 70-ə yaxın adamın öldüyü barədə xəbərləri də təsdiqləməyib. Polisin məlumatına görə, ölənlərin sayı 5-15 arasındadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR