Bank Of Baku

Texasdakı dəhşətli partlayış nəticəsində 50-75 bina ciddi zərər görüb

Texasdakı dəhşətli partlayış nəticəsində 50-75 bina ciddi zərər görüb
# 18 aprel 2013 08:39 (UTC +04:00)

Bakı – APA. Texasdakı gübrə zavodunda baş verən dəhşətli partlayış nəticəsində 50-75 bina dağılıb və ya ciddi zərər görüb. APA-nın CBS-ə istinadən verdiyi məlumata görə, 10-15 tikili tam dağılıb. Hakimiyyət orqanları dağıntılar altından insanların qala biləcəyindən ehtiyatlanır.

 

Son xəbərlərə əsasən ölənlərin sayı 70-ə qədərdir. 200-dən çox adam xəsarət alıb, onlardan 40-nın durumu ağırdır. Partlayışın gücü o qədər yüksək olub ki, ABŞ Geoloji Xidməti 2,1 maqnitudalı təkan qeydə alıb.

 

Müəssisənin yerləşdiyi Vest şəhərində yerli hakimiyyət kimyəvi maddə ilə dolu daha bir çənin partlaya biləcəyi ehtimalı ilə əlaqədar əhalinin təxliyyəsini elan edib. Şəhərcikdə 2600-2700 insan yaşayır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR