Bank Of Baku

Texasdakı kollecə hücumu 21 yaşlı tələbə törədib

Texasdakı kollecə hücumu 21 yaşlı tələbə törədib
# 10 aprel 2013 00:48 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Texas ştatının Saypres şəhərində “Lone Star” kollecinə hücumu bu məktəbin 21 yaşlı tələbəsi törədib. Hücum nəticəsində 15 nəfər yaralanıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə şerif Andrian Qarsiya deyib.  

 

Onun sözlərinə görə, tələbə kollecin ərazisindəki binaların arasında vurnuxaraq tələbələrə  bıçaqla hücum edib. İnsidentin səbəbləri hələlik istintaqa məlum deyil. Cinayəti təkbaşına  törədən şəxs artıq saxlanılıb.   

 

Yaralananlardan 4 nəfəri yaxınlıqdakı xəstəxanaya helikopterlərlə çatdırılıb, 8 nəfər - “təcili yardım”ın köməkliyi ilə, qalanları isə xəstəxanadan imtina edib.

 

Saypres şəhəri Xyuston şəhərindən 40 km aralıda yerləşir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR