Bank Of Baku

Ukraynadakı Azərbaycan diasporu ksenofibiya və irqçiliyə görə cinayət məsuliyyətinin ağırlaşdırılması xahişli ilə Ali Radaya müraciət edib

Ukraynadakı Azərbaycan diasporu ksenofibiya və irqçiliyə görə cinayət məsuliyyətinin ağırlaşdırılması xahişli ilə Ali Radaya müraciət edib
# 04 yanvar 2013 07:15 (UTC +04:00)

 

 Bu barədə APA-ya Krımdakı Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib. Müraciətin səbəbi Ali Radanın üzvü Fyodor Neqoyun azərbaycanlılar və gürcülərə qarşı təhqiramiz ifadələr işlətməsidir.        

 

F. Neqoy öz bəyanatına görə artıq üzr istəyib, lakin buna baxmayaraq, Azərbaycan diasporu hesab edir ki, Ukrayna parlamenti ölkədə ksenofobiya və irqçilik təzahürlərini pisləməli və qanunvericiliyə belə hallara görə cinayət məsuliyyətinin ağırlaşdırılmasını nəzərdə tutan dəyişiklər etməlidir. R. Hümbətov bildirib ki, həm hakimiyyət, həm də müxalifət partiyaları bu məsələdə vahid mövqe nümayiş etdirərək ölkə və beynəlxalq ictimaiyyətə Ukraynanın demokratik prinsipləri dəstəkləyən hüquqi dövlət olmasına dair dəqiq siqnal verməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR