Bank Of Baku

Uqo Çavesin ölümü ilə bağlı dövlət mərasimi martın 8-də keçiriləcək

Uqo Çavesin ölümü ilə bağlı dövlət mərasimi martın 8-də keçiriləcək
# 06 mart 2013 04:32 (UTC +04:00)

 

Bakı-APA. Venesuela prezidenti Uqo Çavesin ölümü ilə bağlı dövlət mərasimi xarici liderlərin iştirakı ilə cümə günü Karakasda hərbi akademiyanın binasında baş tutacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuela XİN rəhbəri Elias Xaua bildirib.

 

“Biz bütün dövlət və hökumət başçılarını, XİN rəhbərlərini göstərdikləri həmrəyliyə görə minnətdarıq”, deyə Xaya “Telesur” telekanalının efirində bildirib.

 

“Bildiririk ki, dövlət və hökumət rəhbərlərinin, rəsmi nümayəndə heyətlərinin iştirakı ilə rəsmi mərasim martın 8-də səhər saat 10-da Karakasda hərbi akademiyanın zalında keçiriləcək”, deyə o qeyd edib.

 

Xatırladaq ki, Çaves yerli vaxtla martın 5-də saat 16.25-də (Bakı vaxtı ilə martın 6-da saat 1.55-də)  vəfat edib. Rəsmi ölümün səbəbi hələlik açıqlanmır, lakin Çaves 2011-ci ilin ortalarından onkoloji xəstəlikdən əziyyət çəkib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR