Bakı-APA. Venesuela prezidenti Uqo Çavesin qardaşı, Barinas ştatının qubernatoru Adan Çaves dövlət başçısının komaya düşməsi barədə yayılan şayiələri təkzib edib. Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.
“Sosial şəbəkələrdə və başqa mənbələrdə prezidentin koma vəziyyətinə düşməsi və qohumların onu süni yaşam aparatından ayırmaq niyyətində olması barədə yayılmış məlumatlar həqiqətə uyğun deyil”, deyə Adan Çaves jurnalistlərə bildirib.
Venesuela prezidentin qardaşının sözlərinə görə, Çaves hal-hazırda müalicəni davam edir və getdikcə özünü daha yaxşı hiss edir.
Xatırladaq ki, Çaves hal-hazırda Kubada keçirdiyi onkoloji əməliyyatdan sonra müalicə kursu keçir.