APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Venesuela İnformasiya Nazirliyinin açıqlamasında bildirilir ki, U. Çavesdə ağır respirator infeksiyadan qaynaqlanan nəfəs çatışmazlığı yaranıb. Onun süni nəfəsalma aparatına qoşulub-qoşulmadığı haqda heç nə deyilməyib.
Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən U. Çaves ötən il dekabrın 11-də Havana klinikalarından birində əməliyyat olunub. Bu, onun 2011-ci ilin yayından bəri məruz qaldığı dördüncü cərrahiyyə əməliyyatıdır.
Hazırda Venesuela prezidentinin səlahiyyətlərini vitse-prezident Nikolas Maduro yerinə yetirir.