Bakı-APA. ABŞ agentləri tərəfindən saxlanılmış “Əl Qaidə” terror təşkilatının mətbuat katibi və Üsamə bin Ladenin yeznəsi Süleyman Əbu Qeyt terrorçuluğu dəstəkləməkdə ittiham olunub. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, o martın 8-də məhkəmə qarşısına çıxarılacaq.
Süleyman Əbu Qeyt ABŞ vətəndaşlarının qətlini və 2001-ci ilin 11 sentyabr hadisələrini təkrarlamağı planlaşdırmaqda ittiham olunur.
Təsdiq olunmayan məlumatlara görə, Üsamə bin Ladenin yeznəsi Türkiyədə saxlanılaraq İordaniyaya deportasiya olunub, sonradan isə Nyu-Yorka gətirilib.