APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-a səfər çərçivəsində P.Poroşenko həmçinin ABŞ vitse-prezidenti Co Bayden, Nümayəndələr Palatasının spikeri Con Beyner və Dövlət katibi Con Kerri ilə danışıqlar aparacaq.
Ukrayna prezidentinin Konqresin birgə iclasında iştirakı da planlaşdırılır. Qeyd edək ki, Pyotr Poroşenko bundan əvvəl Kanadaya səfər edib, bu ölkənin parlamentində çıxış edib.