Bakı-APA. Venesuela müxalifətinin liderlərindən olan Miranda ştatının qubernatoru Enrike Kapriles ölkə prezidenti Uqo Çavesi xalqa şəxsən müraciət edərək ölkədə onun yoxluğunda nə baş verdiyini izah etməyə çağırıb.
«Mən Çavesi ortaya çıxaraq Venesuelaya müraciət etməyə və hakimiyyətin neylədiyini izah etməyə çağırıram, çünki hazırda ölkədə hakimiyyətsizlik hökm sürür», deyə Kapriles bildirib.
Qubernatorun sözlərinə görə, əgər Çaves fərman imzalayaraq yeni xarici işlər nazirini təyin edə bilirsə, demək xalqa da müraciət edə bilər.
Çaves dekabrın əvvəlindən Kubadadır. O orada onkoloji xəstəlikdən əməliyyat olunub, hazırda isə müalicə kursu keçir.