Bakı-APA. Venesuela prezidenti Nikolas Maduro ordunun ölkədə ictimai asayişin təmin olunması və cinayətkarlıqla mübarizəyə cəlb edilməsinin detallarını açıqlayıb.
Məlumata əsasən, mayın 13-dən etibarən ordu 6 ay ərzində ölkənin bir sıra rayonlarını nəzarətə götürəcək.
Qoşunlar paytaxtdakı ən kasıb, təhlükəsizlik baxımından əlverişsiz olan rayonlara göndəriləcəklər. Prezident ordunu varlı məhəllələrinə də göndərmək fikrindədir. Belə rayonlardan biri Miranda ştatının ərazisində yerləşən Baruta rayonudur. Bu rayon müxalifətə fəal dəstəyi ilə seçilir.
Miranda ştatının qubernatoru Enrike Kapriles keçirilmiş prezident seçkilərində hazırkı prezidentin rəqibi olub və seçkinin nəticələrini hələ də tanımır.