Bank Of Baku

Venesuelada Çavesin tərəfdarları qəzaya düşüblər, 11 nəfər həlak olub

Venesuelada Çavesin tərəfdarları qəzaya düşüblər, 11 nəfər həlak olub
# 11 yanvar 2013 02:57 (UTC +04:00)

Bakı-APA. Venesuelanın qərbində baş vermiş avtomobil qəzası nəticəsində ölkə prezidenti Uqo Çavesin 11 tərəfdarı həlak olub, daha 75 nəfər isə yaralanıb.

 

Hadisə Lara-Zuliə şosesində qaranlıqda dalbadal hərəkət edən iki avtobusun toqquşması nəticəsində baş verib. Qabaqda gedən avtobus dumanda dayandığından digər nəqliyyat vasitəsi onu görməyib və nəticədə qəza baş verib. Daha 3 minik avtomobili də avtobuslara dəyib.

 

Xəsarət alanların çoxu təhsil və səhiyyə sisteminin işçiləridir. Onlar paytaxt Karakasa hazırda Kubada müalicə olunan prezident Uqo Çavesə dəstək üçün təşkil olunan mitinqə gedirmişlər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR