Bakı-APA. Venseuelanın Barkisimeto şəhərinin yaxınlığındakı həbsxanada baş vermiş iğtişaş nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
Barkisimeto hospitalından verilən məlumata görə, xəstəxanaya həmçinin 84 nəfər yaralı da gətirilib. Onların çoxunun vəziyyəti ağırdır.
Həlak olanlar arasında 2 hərbçi və 2 keşiş var. 15 nəfər əsgər isə yaralanıb.
Həbsxanada iğtişaş bu penitensiar müəssisədə təftiş aparılarkən baş verib. Təftiş məhbuslardakı silahların yığılması məqsədilə həyata keçirilirmiş.