Bakı-APA. Venesuelanın vitse-prezidenti Nikolas Maduro ölkə prezidenti Uqo Çavesin ölümü barədə Milli televiziyanın canlı yayımında xəbər verərkən göz yaşlarını saxlaya bilməyib. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verir.
“Komandante, siz indi harada olmanızdan asılı olmayaraq, sizin qoruduğunuz xalq sizə min kərə minnətdarlığını bildirir, o xalq ki, hansını ki siz sevirdiniz və hansı ki sizi heç zaman aldatmayıb”, deyə Maduro qeyd edib.
Qeyd edək ki, Çaves yerli vaxtla saat 16.25-də (Bakı vaxtı ilə 1.55-də) vəfat edib. Rəsmi ölümün səbəbi hələlik açıqlanmır, lakin Çaves 2011-ci ilin ortalarından onkoloji xəstəlikdən əziyyət çəkib.
Maduro Çavesin valideynlərinə, qardaşlarına və qızlarına baş sağlığı verib. Onun sözlərinə görə, ordu və polis birləşmələrinə ölkə ərazisində sülhün və sabitliyin qorunmasının təmin olunmasına dair əmrlər artiq verilib.
Maduro venesuelalılara Uqo Çavesin son vaxtlar müalicə keçdiyi Karakasda hərbi hospitalının yerləşdiyi əraziyə gəlməyə və şəhərlərdə anım mərasimləri təşkil etməklə “komandante”nin xatirəsini yad etməyə çağırıb. O həmçinin müxalifətə müraciət edərək xalqın ağrısına şərik olmasına və sülhə çağırıb.