Bakı. Könül Cəfərli - APA. ““Altılıq” ölkələri İranla növbəti nüvə müzakirələrinin yerini və tarixini müəyyənləşdirmək üçün danışıqlar aparır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland bildirib.
Onun sözlərinə görə, bununla bağlı Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt və İran Ali Milli Təhlükəsizlik Şurası katibinin mavini Əli Bagiri arasında telefon danışığı olub. V.Nuland həmçinin əlavə edib ki, danışıqlar aparmaq mövzusunda ciddi olduqları təqdirdə, ABŞ-ın İrana müzakirə qapısı, xüsusilə ikitərəfli dialoq üçün açıqdır.