Bank Of Baku

Viktoriya Nuland: “ABŞ İranın nüvə problemi ilə bağlı konkret nəticənin əldə ediləcəyinə ümid edir”

Viktoriya Nuland: “ABŞ İranın nüvə problemi ilə bağlı konkret nəticənin əldə ediləcəyinə ümid edir”
# 06 fevral 2013 11:30 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA. “ABŞ İranla “altılıq” ölkələri arasında fevralın 26-da Qazağıstanın Almatı şəhərində başlayacaq yeni müzakirələrdə irəliləyişin əldə olunacağına ümid edir”. APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland keçirdiyi mətbuat konfransında deyib.

 

O, yeni görüşdə “altılıq” ölkələrinin hansı təkliflər irəli sürəcəyini açıqlamasa da, Tehranın nüvə müzakirələrinin yerini və tarixini təsdiqləməsini müsbət qarşıladığını bildirib: “Ümid edirik ki, budəfəki danışıqlarda dünya ictimaiyyətini narahat edən İranın nüvə problemi ilə bağlı konkret nəticə əldə ediləcək. Biz istəyirik ki, Tehran yaradılan imkandan istifadə edərək, dünya ictimaiyyətinin narahatlığına son qoysun”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR