Bank Of Baku

Washington Post: Senator Con Kerri ABŞ-ın yeni müdafiə naziri olacaq

Washington Post: Senator Con Kerri ABŞ-ın yeni müdafiə naziri olacaq
# 13 noyabr 2012 04:54 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama müdafiə naziri vəzifəsini demokrat-senator Con Kerriyə təklif etməyi düşünür. Washington Post qəzeti Ağ Evdəki mənbəyə əsasən bu barədə yazıb.

 

Daha öncə, Kerrinin dövlət katibi ola biləcəyi deyilirdi, lakin Washington Post-un mənbəyinin sözlərinə görə, bu vəzifəni ABŞ-ın BMT-dəki səfiri Süzan Rays tuta bilər.

 

Qəzetin yazdığına əsasən, Obamanın hazırkı milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Brennan MKİ-nin yeni başçısı olacaq. Hazırda MKİ direktoru vəzifəsini icra edən Maykl Morell prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR