Bank Of Baku

Xakerlər Facebook-un serverlərinə hücum ediblər

Xakerlər Facebook-un serverlərinə hücum ediblər
# 16 fevral 2013 02:50 (UTC +04:00)

Bakı-APA. Facebook sosial şəbəkəsinin rəhbərliyi yanvar ayında şirkətin serverlərinə edilmiş kiberhücum barədə məlumat yayıb. APA-nın Frans Press agentliyinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində istifadəçilərin məlumatlarının oğurlanması faktları aşkarlanmayıb.

 

Facebook-un yaydığı məlumata əsasən, sosial şəbəkə ən yeni vasitələrdən istifadə olunmuş kiberhücumun hədəfi olub. Zərərli proqram Facebook veb-saytına mobil qurğudan keçib.

 

«Biz bütün yoluxmuş kompüterləri təmizləmişik, hüquq-mühafizə orqanlarına məlumat vermişik və geniş təhqiqata başlamışıq», deyə Facebook-un bəyanatında bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR