Balakəndə silahlı insident zamanı yaralananların hamısının kimliyi məlum olub - YENİLƏNİB

Balakəndə silahlı insident zamanı yaralananların hamısının kimliyi məlum olub - YENİLƏNİB
# 19 dekabr 2019 00:03 (UTC +04:00)

Balakəndə odlu silahdan açılan atəş nəticəsində yaralanan digər 3 nəfərin kimliyi məlum olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, yaralananlar Yeni Şərif kənd sakinləri - 1968-ci il təvəllüdlü Həvva Abbas qızı Bicilova, 18 aylıq körpə Xədicə Əhməd qızı Baydarova və 1980-ci il təvəllüdlü Məryəm Məhəmməd qızı Anarəcəbovadır.

Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

İnsidentin təfərrüatları araşdırılır.

***

Saat 21:22

Balakəndə silahlı insident baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Yeni Şərif kəndində baş verib.

Kənd sakini, 1966-cı il təvəllüdlü Məhəmməd Əhmədiyyə oğlu Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu - 1987-ci il təvəllüdlü Əhməd Bağmanovu güllələyib. Ov tüfəngindən açılan atəşdən sonra ətrafa yayılan qırmalar Əhmədlə bərabər biri azyaşlı olmaqla daha üç nəfəri yaralayıb. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda Ə.Bağmanovun üzərində cərrahiyyə əməliyyatı aparılır. Azyaşlı və digər yaralılar müayinə edilir. Balakən rayon hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırmalar aparır.

Məlumatda bildirilir ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Güllələnən Ə.Bağmanov iki gün əvvəl Rusiya Federasiyasından evə qayıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR