APA TV-nin çəkilişindən sonra sakinlərin yol problemi həll edildi

# 15:32
3 may 2024

Bura Sumqayıtın Xəzər bağları yaşayış massivinin Murovdağ küçəsinin yollarıdır. Bir neçə ay əvvəl buradan yolların bərbad vəziyyətdə olması ilə bağlı çəkiliş etmişdik. Hazırladığımız materialdan sonra Murovdağ küçəsində təmir-bərpa işləri aparılıb, asfalt vurulub. Sakinlər yolların indiki vəziyyəti görüb sevinclərini bizimlə bölüşüb, problemi işıqlandırdığımız üçün minnətdarlıqlarını bildirdilər. Sakinlər sevincli olsalar da bildirdilər ki, küçənin asfaltlanması işləri tam aparılmayıb. Biz də Sumqayıt şəhər bələdiyyəsi ilə əlaqə saxladıq. Öyrənməyə çalışdıq ki, küçə nə zaman tam şəkildə asfaltlanacaq. Bələdiyyədən bildirildi ki, 4 - 5 günə Murovdağ küçəsində işlər tam yekunlaşacaq. Bələdiyyədən həmçinin bildirildi ki, şəhər ərazisindəki asfaltlanmaya ehtiyacı olan digər yollar və küçələr də mərhələli şəkildə asfaltlanacaq.

Xədicə Səxavət Vüsal Qənbərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR