Bakıda qaraj qiymətləri niyə od tutub yanır?

# 16:34
10 fevral 2023

Bakıda yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti sürətlə artmaqdadır. Ancaq bu qiymətlər nəyə əsasən və kimlər tərəfindən təyin olunur, niyə hər yerdə fərqli qiymətə rast gəlirik, toplanan vəsaitin aqibəti necə olur və s. kimi suallara hələ də yetərli cavab almaq mümkün deyil.

Elə çəkiliş  apardığımız yeni çoxmərtəbəli yaşayış binasında da analoji halla üzləşdik.

Əmlak üzrə ekspertlər deyirlər ki, vətəndaşlardan parklanma üçün yığılan pullar binanı tikən şirkət rəhbəri başda olmaqla, komendantına kimi hamının cibinə gedir. O ki qaldı qiymətlərin yüksək olmasına, ekspertlərin fikrincə, avtomobillər üçün binaların altındakı parklanma yerlərinin kvadratı mənzilin kvadratından daha baha təklif olunur. Elə buna görə də bəzi sakinlər pulu ödəyə bilmədikləri üçün məcburiyyətdən avtomobillərini hərəkət iştirakçılarına maneə olan ara məhəllərlərdə və ya yol kənarlarında park edirlər.

Tikinti şirkətlərinin qarşısında qaraj və parkinqin vacib şərt kimi qoyulmalı olduğunu deyən ekspert onu da əlavə etdi ki, bu gün yaşayış binalarının əksəriyyəti yol kənarında tikilir. Burada isə əksər yerlərdə park yerləri nəzərə alınmayıb. Ona görə də sürücülər avtomobillərini harada və  necə gəldi saxlamaqla tıxacların yaranmasına səbəb olurlar. Vəziyətdən yeganə çıxış yolu isə pulsuz parklanmaların salınmasıdır.

Bəs mövcud qanunvericilikdə sözügedən məsələnin tənzimlənməsi ilə bağlı hansı normalar müəyyən olunub? Hüquqşünas Şamil Paşayev deyir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən, binada mənzillərin hissəsi olmayan və birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.

Elə ekspertlər də deyir ki, bina sakinlərinin iştirakı ilə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti qurumu yaradılmalıdır. Çünki ayrı-ayrı yerlərdə qiymətlər fərqli şəkildə olur. Bunun da bir neçə səbəbi var. Məsələn, vətəndaş özü yeri alır və icarəyə verir. Qiymətini də özü təyin edir. Eyni zamanda vətəndaşlardan yığılan “qaraj pulu” icarə haqqı da binanın saxlanılması üçün təyinatı üzrə xərclənmir. Amma mövcud qurum yaranarsa, həm vətəndaş pulun hara xərcləndiyini biləcək, həm də şəffaflıq olacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR