Molla rejiminin soydaşlarımıza qarşı zülmünə nə vaxt son qoyulacaq?

# 21:34
5 noyabr 2022

Son məlumatlara görə İranın 150-dən çox şəhərində rejimə qarşı aksiyalar davam edir. Güney Azərbaycanda baş verən etiraz aksiyaları daha çox diqqət çəkir desək, yanılmarıq. Təbriz, Ərdəbil kimi böyük şəhərlərdə etirazçılar molla hökumətini milli ayrı-seçkilik yaratmaqda, türklərə məxsus təbii sərvətləri daşımaqda, insan haqlarını tapdamaqda günahlandırırlar.

 

Fəalların əsas şüarları “Azadlıq, ədalət, milli hökumət”dir. Görünür, güneydə soydaşlarımız artıq öz hokumətlərinin qurulmasını istəyirlər. Molla rejimi isə on illərdir yürütdüyü zorakılıq siyasətinə davam edir, öz vətəndaşını əzir, türklərin əleyhinə olan kim varsa, hamısı ilə əməkdaşlıq edir. Bu siyasət özünü İranın son illər qabarıq hal alan anti-Azərbaycan siyasətində də göstərməkdədir.

Əli müsəlman qanına batmış erməni rəhbərlərlə Tehran rejimi arasında qurulan əməkdaşlığın əsas inkişaf xətti də məhz Azərbaycana qarşı yönəlib.

Ümumilkdə isə Tehran Azərbaycanın müstəqilliyindən sonra mütəmadi olaraq ölkəmiz əleyhinə qara piar aparır. Təəssüflər olun ki, bu məsələdə insanların dini inanclarında istifadə edilir, daha çox islam şiəliyi deyil, Xomeynilik təbliğ olunur.

Onu da qeyd etmək yerinə düşər ki, mollalar illərdir vətəndaşların inancından, şiə islamçılığından sui-istifadə edərək, Kərbəla-Nəcəf, Məşhəd-Qum ziyarətlərini öz şəxsi bizneslərinə çeviriblər. Hesabatı ictimaiyyətə təqdim edilməyən bu mərkəzlərdən yığılan maliyyə ayətullahların və onların övladlarının lüks həyatının qaynağıdır. Bu sadəcə iddia deyil. Müxtəlif internet resurslarında molla rejiminin məmurlarının və onların ailə üzvlərinin İrandan xaricdə sürdükləri meşan həyatı əks etdirən yüzlərlə dəlil var.

 

 

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, siyasi şərhçi Əhməd Obalı deyir ki, İran fars dövlətidir və Tehran rejimi daim Şimali Azərbaycanın güclənməsindən qorxub. Əhməd Obalı vurğulayır ki, Güney Azərbaycan azad olunana qədər bu düşmənçilik davam edəcək.

 

“Güneylilər olaraq bu qərara gəlmişik ki, bütün hüquqlarımızı bərpa etmək istəyiriksə, dövlətimizi, Güney Azərbaycanı qurmalıyıq. Bununla da böyük bir dərdi başımızdan uzaqlaşdıracağıq. Həm Quzeydə, həm Güneydə birləşməyə doğru addım ata bilərik. Bundan sonra İran dövləti Ermənistanı bizim üstümüzə qısqırda bilməyəcək. Bu baxımında keçirilən repressiyaların cavabında Güney azərbaycanlılar daha da aktivləşiblər. Milli dövlətçiliyimizin qurulması yolunda hədəfimizi düzgün qoymuşuq. Biz İran çərçivəsində hər hansı hüquqa inanmırıq və bizim hüquqlarımız verilməyəcək.  Qanunda yazılsa belə icra olunmayacaq. Dəfələrlə biz buna şahid olmuşuq”.

 

Əhməd Obalı Güneydə milli fəalların daim təqib olunduğunu da bildirib və əlavə edib ki, Azərbaycan türkcəsini tələb etdiyi üçün 16 il həbs alan Abbas Lisani bu nümunələrdən biridir.

 

“Tehran rejimi azərbaycanlıların iqtisadi, siyasi, mədəni azadlıqlarını əllərindən alıb, məcburi assimilyasiyaya məruz qoyub”.

Bu fikirlər isə güneyli siyasi şərhçi Kərim Əsgəriyə aiddir. O əlavə edib ki, 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini qazanandan sonra İran hökuməti tərəfindən həm şimaldakı, həm də cənubdakı azərbaycanlılara qarşı ayrı-ayrılıqda təxribatlara start verildi:

 

“Aksiyalarda önəmli şüarıardan biri də “Azadlıq, ədalət, milli hökətumət” şüarıdır. Bu şüar bəlkə də bütünləşdirici şüardır. İnsanlar ölkədə azadlığın, ədalətin və milli hökumətin olmasını istəyirlər. Bu həm bir tərəfdən Pişəvərinin qurduğu hökumətin davamına da, bütün etniklərin hüquqlarına da bağlı ola bilər. Bu və buna bənzər şüarların ortaya atılmasında məqsəd Tehran hakimiyyətinin başda azərbaycanlılar olmaqla, bütün qeyri-fars millətlərin apardığı ayrılıqçı, şovinist siyasətindən qaynaqlanır.

 

“İranda rəsmi rəqəmlərə görə, 80 min erməni yaşayır və onların məktəblərinin sayı 50-dən çoxdur və buna paralel olaraq digər tədris və təhsil müəssisələri var. Üstəlik erməni dilində kitablar sərbəst şəkildə yayılır”.

Bunu isə siyasi şərhçi Elçin Mirzəbəyli deyib. O əlavə edib ki, bunun əksinə olaraq Terhran rejimi milli və mədəni hüquqlarını, Azərbaycan türkcəsini tələb edən soydaşlarımıza qarşı repressiv siyasət həyata keçirir.

 “İranda yaşayan türkləri bütövlükdə İran islam Respublikası adlanan ölkənin əsas etnosudurlar. Onların hüquqları əslində, İran konstitusiyasında pozulub. Çünki, mahiyyət etibarilə türklər sənəddə etnik azlıqlar kimi qəbul olunub. Halbuki etnik çoxluqdur və İranda azlığın hal-hazırda hakimiyyəti qurulub. Bu hakimiyyət mahiyyət etibarilə məzhəb pərdəsi altında gizlənsə də, daxilən panfarsis rejimdir, milliyətçi düşüncəni, təfəkkürü ifadə edir. ”

 

Xatırladaq ki, bu yaxınlarda İran hazırki Ermənistanın qədim türk yurdu olan Qafan şəhərində tez-tələsik konsulluq açdı. İran isə gələn il Ermənistanın qədim yurdumuz olan Təbrizdə konsulluq açmasına icazə verdi. Amma tarix sübut edib ki, bizim torpaqlar üzərindən başqalarının qurduqları heç vaxt uzun yaşamayıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR