Polkovnik Anar Eyvazov: “Hərbi qulluqçular sülhün təmin olunması üçün səy göstəriblər”
11:32
26 aprel 2024
Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin təntənəli bağlanış mərasimi keçirilib. Mərasimdə müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər. Əvvəlcə hər 3 ölkənin dövlət himnləri səsləndirilib. Daha sonra çıxışlar olub, sülh və sabitlik naminə vicdanlı xidmətinə görə türkiyəli və rusiyalı hərbi qulluqçulara minnətdarlıq bildirilib. Bağlanış mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin iştirakı ilə bədii proqramın təqdimatı ilə başa çatıb. Aytən Sakitqızı, Həzrət Bayramlı, AP ATV Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin təntənəli bağlanış mərasimi keçirilib. Mərasimdə müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər. Əvvəlcə hər 3 ölkənin dövlət himnləri səsləndirilib. Daha sonra çıxışlar olub, sülh və sabitlik naminə vicdanlı xidmətinə görə türkiyəli və rusiyalı hərbi qulluqçulara minnətdarlıq bildirilib. Bağlanış mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin iştirakı ilə bədii proqramın təqdimatı ilə başa çatıb. Aytən Sakitqızı, Həzrət Bayramlı, AP ATV
DİGƏR XƏBƏRLƏR
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər – Xəsarətsiz ötüşmədi
18:56
6 may 2024
Xaçmazda 17 yaşlı qızı 37 yaşlı kişiyə verdilər – Ailələr nə danışdı?
18:54
6 may 2024
Bu şəhərdə 24 saat su növbəsinə dayanırlar – Problemi həll edən tapılmır
15:20
6 may 2024
Hacıqabul sakini qızılcadan dünyasını dəyişdi
11:42
6 may 2024