Quba sakinlərini yolun ortası ilə getməyə məcbur edən nədir?

# 13:57
27 aprel 2024

Turizm rayonu olan Qubaya gələn qonaqların ilk ayağını qoyduğu yer bu səki olur. Bura şəhərin mərkəzi, Heydər Əliyev prospektidir. Uzun müddət təmir aparılmadığından səkilər bərbad hala düşüb. Sakinlər bildirir ki, burada əlil və uşaq arabası ilə hərəkət ümumiyyətlə mümkün deyil. Tez-tez yıxılıb xəsarət alanlar olur. Qubanın bəzi küçələrində isə heç sınıb-dağılmış vəziyyətdə də səki yoxdur. Camaat avtomobil yolu ilə hərəkət etməyə məcbur qalırlar. Bu da tez-tez qəzalara səbəb olur. Səkilərlə bağlı başqa bir problem isə enişli-yoxuşlu dağ yoluna bənzəmələridir. Məsələ ilə bağlı Quba rayon icra hakimiyyətinə müraciət etdik. Qurumdan yaxın gələcəkdə piyadalar üçün daha rahat şəraitin yaradılacağı bildirildi. Səkilərdə maneə yaradan işıq dirəklərinə gəlincə isə, həmin dirəklərin daha müasir, nazik və maneə törətməyən işıq dirəkləri ilə əvəzlənəcəyi qeyd edildi. Görünür, Quba sakinləri və rayonun qonaqları hələ bir müddət də kələ-kötür səkilərdə irəliləməli olacaq. Əgər vəd verilən kimi irəliləyiş olacaqsa, necə deyərlər, bir qədər də səbr etməkdə fayda var. Cəfər Talıb, APA TV, Quba.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR