Gədəbəydə kartof yığımına start verilib
10 sentyabr 2008 06:52 (UTC +04:00)
Gədəbəy. Nəzakət Məşədiəliqızı –APA. Gədəbəy rayonunda kartof yığımına start verilib. Aran zonasından fərqli olaraq, Gədəbəy dağlıq coğrafi relyefə malik olduğundan burada kartof yığımına bir az gec - sentyabrın əvvəllərində başlanılır. Gədəbəy rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Rüstəm Nağıyevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, yaz aylarında Gədəbəydə hökm sürən qeyri-sabit və yağmurlu hava şəraitinin məhsuldarlığa mənfi təsir edəcəyi gözlənilsə də, belə olmayıb: “Bu il 150 min hektar sahədə kartof əkilib, 200 min tondan artıq məhsul götürülməsi nəzərdə tutulur”.
Kartofçuluqla məşğul olan şəxslər də məhsuldarlığın yüksək olduğunu bildirirlər. Onların sözlərinə görə, hektardan təxminən 10 -15 ton kartof götürülür. Fermerləri narahat edən isə bazarda kartofun satış qiymətinin aşağı olmasıdır. Onlar APA-nın yerli bürosuna bildiriblər ki, məhsulu qışa saxlamaq üçün əlverişli şəraitlə təmin olunmuş saxlanclar və anbarlara ehtiyac var. Ümumi anbarlar olmadığından isə fermerlər fərdi qaydada həyətlərində yeraltı saxlanclar düzəldərək kartofu ora yığırlar. Bu isə bəzi hallarda məhsulun xarab olması ilə nəticələnir.
Qeyd edək ki, Gədəbəydə kartof yığımı sentyabrın sonlarına kimi davam edəcək.

Aqrar-sənaye kompleksi
Parlamentin komitə sədri: Azərbaycanda yalnız 8 araq istehsalı müəssisəsi illik lazımi tələbi ödəyə bilir
10:41
1 may 2024
Dünya Bankı buğdanın qiyməti ilə bağlı proqnozunu yeniləyib
13:25
26 aprel 2024
Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb
11:30
24 aprel 2024
Azad edilmiş rayonlarda ət və süd istehsalının həcmi açıqlanıb - SİYAHI
10:53
24 aprel 2024