Bank Of Baku

Azərbaycanda «Neftçala-Pambıq» ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi keçirilir

Azərbaycanda «Neftçala-Pambıq» ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi keçirilir
# 22 dekabr 2008 07:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) «Neftçala-Pambıq» ASC-nin səhmlərinin 30,11%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Müsabiqədə yerli hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcək.
Neftçala rayonunun Aşağı Qaraimanlı kəndində yerləşən səhmdar cəmiyyətinin nizamnamə kapitalı 3 527 830,6 manat, buraxılmış səhmləri 1 763 915 ədəd, bir səhmin nominal dəyəri 2 manatdır. Hərraca 1 062 322 manat nominal dəyərində 531 161 səhm çıxarılıb. Səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 801 273 manat, o cümlədən, əməkhaqqı və ona bərabər borclar 5 500 manat, səhmdar cəmiyyətinin debitor borcları isə 990 287 manatdır.
İddiaçıların təqdim edəcəyi İnvestisiya Proqramında pambıq emalının təkmilləşdirilməsi və onun satışının genişləndirilməsi, səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən 90 gün müddətində təklif olunmuş investisiya həcminin ümumi məbləğinin 5%-ə qədərinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürüləcək məbləğinə və ondan istifadəyə dair təklif, həmçinin dövlət büdcəsinə ödəniləcək 286 min manat pul vəsaitinə dair təklifin verilməsinə təkliflər öz əksini tapmalıdır.
İddiaçıların ərizə və təkliflərinin qəbulu 2009-cu il yanvarın 30-dək aparılacaq. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsinə fevralın 3-də başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR