Bank Of Baku

Azərbaycanın əsas biyan istehsalçısı investisiya müsabiqəsində satılıb

Azərbaycanın əsas biyan istehsalçısı investisiya müsabiqəsində satılıb
# 22 dekabr 2008 09:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən «Biyan» ASC-nin səhmlərinin satışı üzrə elan edilmiş investisiya müsabiqəsinə yekun vurulub. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Müsabiqədə iştirak etmiş yerli «BMİ» MMC qalib elan olunub. Şirkətin təqdim etdiyi layihəyə əsasən biyan istehsalının inkişaf etdirilməsi məqsədi ilə «Biyan» ASC-yə 2 il ərzində 200 min manat investisiya qoyuluşu həyata keçiriləcək. Bu investisiyalar hesabına biyan bitkisi plantasiyalarının yaradılması, biyanın tədarükü, emalının daha da inkişaf etdirilməsinə yönəldiləcək. Eyni zamanda, qoyulan investisiyalar nəticəsində müasir avadanlıq və texnologiyaların tətbiqi, biyan bitkisi kökündən müxtəlif adda rəqabət qabiliyyətli məhsulların istehsalı və satışının genişləndirilməsinə imkan yaradılacaq. «BMİ» müsabiqə şərtləri daxilində dövlət büdcəsinə 70 min manat köçürülməli və 7 min ədəd dövlət özəlləşdirmə çeki təqdim etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR