Bank Of Baku

Yaxın günlərdə Azərbaycanda buğda istehsalçılarına bu il üçün subsidiyaların ödənilməsinə başlanacaq

Yaxın günlərdə Azərbaycanda buğda istehsalçılarına bu il üçün subsidiyaların ödənilməsinə başlanacaq
# 07 yanvar 2009 07:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yaxın günlərdə Azərbaycanda ərzaq buğdası istehsalı ilə məşğul olan fermerlərə 2009-cu ilin dövlət büdcəsi vəsaiti hesabına subsidiyaların paylanmasına başlanılacaq. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyindən (KTN) məlumat verilib.
Ötən ilin dekabr ayının sonunda KTN-də yaradılmış Respublika Komissiyasında rayonlardan daxil olan məlumatlar təhlil olunub və buğda əkmiş fermerlərə büdcədən 30 mln. manata yaxın vəsaitin ayrılmasına qərar verilib.
Qərara əsasən, fermerlərə ərzaq buğdası əkilmiş hər 1 hektara görə 40 manat subsidiya veriləcək. Fermerlər vəsaiti «Kapital Bank»ın yerlərdəki bankomatlarından plastik kartlar vasitəsi ilə alacaqlar.
Bu il Azərbaycanda 807 min hektar sahədə buğda əkilib.
Azərbaycanda ərzaq buğdası istehsalı ilə məşğul olan fermerlərə 40 manat subsidiyanın verilməsinə 2007-ci ilin dekabr ayından başlanıb. Birinci partiyada fermerlərə 20 mln. manat vəsait verilib.
Qeyd edək ki, buğda istehsalçılarına bundan əlavə olaraq yanacaq və motor yağlarına görə 40 manat (ümumilikdə - 80 manat) subsidiya verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR