Bank Of Baku

Azərbaycan paytaxtında indiyədək keçirilən 260 kənd təsərrüfatı yarmarkasında 57 min ton məhsul satılıb

Azərbaycan paytaxtında indiyədək keçirilən 260 kənd təsərrüfatı yarmarkasında 57 min ton məhsul satılıb
# 07 yanvar 2009 08:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhərində 2006-cı ilin iyul ayından 2009-cu il yanvarın 1-dək keçirilmiş 260 yarmarkada 57 min ton kənd təsərrüfatı məhsulları satılıb. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Satılmış məhsulların qiyməti bazarla müqayisədə 30% ucuz olub.
Satılmış məhsulun 21 min tonunu tərəvəz, 15 min tonunu meyvə, 3 min tonunu isə ət məhsulları təşkil edib.
Nazirlik yarmarkaları gələcəkdə Azərbaycanın digər iri şəhər və rayonlarında da keçirməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR