Bank Of Baku

Almaniyadan Azərbaycana damazlıq heyvanların ikinci partiyası martda gətiriləcək

Almaniyadan Azərbaycana damazlıq heyvanların ikinci partiyası martda gətiriləcək
# 13 yanvar 2009 07:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Aqrolizinq» ASC-nin mütəxəssisləri bu həftə Almaniyadan alınan cins damazlıq heyvanların ikinci partiyasının seçimini həyata keçirəcək. Bu barədə «APA-Economics»ə «Aqrolizinq» ASC-nin tingçilik, toxumçuluq və damazlıq heyvandarlıq şöbəsinin müdiri Kamil Şamilov məlumat verib.
K.Şamilovun sözlərinə görə, ikinci partiyadakı cins inəklərin sayı seçim aparılandan sonra müəyyənləşəcək. Cins heyvanların ikinci partiyasının Azərbaycana mart ayında gətirilməsi planlaşdırılır.
K.Şamilov 198 cins heyvandan ibarət ilk partiyanın yanvarın 12-də Azərbaycana yola salındığını bildirib. İlk partiyada 66 baş şvis, 66 baş südlük qara-ala və Holstin-Friz və 66 baş Sim-mental cinsli inək olacaq. Artıq həmin heyvanlar 20 günlük karantində saxlanılır.
Heyvanları «Aqrolizinq» ASC-nin elan etdiyi tenderdə qalib gəlmiş Böyük Britaniyanın «Rista Alliance» şirkəti gətirir. Tenderin şərtlərinə əsasən, 300 baş Şvis cinsli, 500 baş südlük qara-ala və Holstin-Friz cinsli, 200 baş südlük Sim-mental cinsli qaramalın satın alınması nəzərdə tutulur. İddiaçı 120 gün ərzində cins qaramalı «Aqrolizinq» ASC-yə təhvil verməlidir.
Heyvanların qiymətinin 50%-i dövlət tərəfindən güzəşt olunur. Fermerlər qalan 50% vəsaitin yarısını əvvəlcədən, qalan hissəsini isə 3 il ərzində hissə-hissə ödəməlidir.
Almaniyadan alınmış 1 heyvanın qiyməti 3600-3800 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR