Bank Of Baku

Azərbaycan ötən il un idxalını 48 dəfə artırıb

Azərbaycan ötən il un idxalını 48 dəfə artırıb
# 26 yanvar 2009 09:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycan buğda idxalını 7,2% azaldıb, un idxalını isə 48 dəfə artırıb. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Ötən il Azərbaycana 368 379 min ABŞ dolları dəyərində 1 309 284,9 ton buğda, 48 509,1 min dollar dəyərində 106 907,1 ton un gətirilib.
Qeyd edək ki, artıq iki ildir Azərbaycana idxal olunan buğda və un Nazirlər ƏDV-dən azad edib.
Xatırladaq ki, ötən il Azərbaycanda 2,4 mln. ton taxıl istehsal edilib və bunun 1,7 mln. tonunu ərzaq buğdası təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR