Bank Of Baku

Azərbaycan ötən il spirtli içkilərin idxalını 14% azaldıb

Azərbaycan ötən il spirtli içkilərin idxalını 14% azaldıb
# 26 yanvar 2009 11:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il ərzində Azərbaycana 1 744 542,2 litr spirt, 11 618 606,9 litr həcmində isə spirtli içkilər idxal olunub. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal olunan spirtin həcmi 2007-ci il ilə müqayisədə 21,3% çox, spirtli içkilərin həcmi isə 14,2% az olub. Spirtin ümumi dəyəri 1,823 mln. ABŞ dolları, spirtli içkilərin isə 16,1 mln. dollar təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycan xarici ölkələrə ümumi dəyəri 18,2 mln. dollar olan 11,6 mln. litr spirtli içki ixrac edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR