Bank Of Baku

Azərbaycanda araq istehlakı hər il 15% artır

Azərbaycanda araq istehlakı hər il 15% artır
# 28 yanvar 2009 09:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda hər il araq istehlakı 15%-ə yaxın artır. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik və toxumçuluq şöbəsinin müdiri Sabir Vəliyev məlumat verib.
S.Vəliyevin sözlərinə görə, il ərzində ölkədə təxminən 2 mln. dekalitr araq istehlak edilir. Şərab istehlakı isə 1 mln. dekalitrə yaxındır.
«Bu gün Azərbaycanda insan orqanizmi üçün faydalı olan şərabın istehlakı araqla müqayisədə çox azdır. İstehsal olunan şərabın böyük hissəsi əsasən ixrac olunur», - deyə S.Vəliyev vurğulayıb.
Qeyd edək ki, 2008-ci ildə Azərbaycanda 3 mln. dekalitr araq istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR