Bank Of Baku

Azərbaycan buğda istehsalını 60% artıracaq

Azərbaycan buğda istehsalını 60% artıracaq
# 28 yanvar 2009 09:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda istehsal olunan kartof, tərəvəz, bostan və meyvə məhsulları ölkə əhalisinin tələbatından 3 dəfəyədək çoxdur. «APA-Economics»in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik və toxumçuluq şöbəsinin müdiri Sabir Vəliyev bildirib.
S.Vəliyevin sözlərinə görə, ölkənin əsas tələbatı taxılla bağlıdır. Hazırda Azərbaycan buğdaya olan daxili tələbatını 75%-dək ödəyə bilir.
«Buğda istehsalının 2015-ci ildə 2,8 mln. tona, əkin sahələrinin isə 900 min hektara çatdırılması nəzərdə tutulur. İntensiv metodlardan istifadə etməklə 1 hektar sahə üzrə məhsuldarlığı 32 sentnerə çatdırmaq planlaşdırılır», - deyə S.Vəliyev vurğulayıb.
Qeyd edək ki, hazırda Azərbaycanda taxılın məhsuldarlığı 1 ha üzrə 27,1 sentner təşkil edir. Ötən il ölkədə 1,8 mln. ton buğda istehsal olunub.
S.Vəliyev bildirib ki, kənd təsərrüfatında istehsal olunan məhsulların yalnız 10-15%-i xaricə satılır. Hazırda Azərbaycan hökuməti faraş tərəvəzin Rusiya, Ukrayna, Belarus kimi ölkələrə ixracı ilə bağlı tədbirlər görür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR