Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına göstərilən yardım artırıl bilər

Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına göstərilən yardım artırıl bilər
# 28 yanvar 2009 09:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım və güzəştlərin verilməsi qaydaları təkmilləşdiriləcək. «APA-Economics»in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik və toxumçuluq şöbəsinin müdiri Sabir Vəliyev bildirib.
S.Vəliyevin sözlərinə görə, bu çərçivədə fermerlərə verilən subsidiyaların məbləğinin artırılması nəzərdə tutulur.
«Ola bilsin ki, 1 ha sahənin becərilməsi üçün yanacağa görə verilən 40 manat vəsait, R1 və R2 reproduksiyalı toxumlara verilən subsidiyaların məbləği artırıla bilər», - deyə S.Vəliyev qeyd edib.
Qeyd edək ki, hazırda R1 reproduksiyalı toxumun dəyərinin 40%-nə, R2 reproduksiyalı toxumun dəyərinin isə 30%-nə dövlət tərəfindən subsidiya ödənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR