Bank Of Baku

Milli Məclisin Aqrar siyasət komissiyasının iclası keçirilib

Milli Məclisin Aqrar siyasət komissiyasının iclası keçirilib
# 28 yanvar 2009 12:40 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Bu gün Milli Məclisin Aqrar siyasət məsələləri daimi komissiyasının iclası keçirilib. APA-nın xəbərinə görə, komissiyanın sədri Eldar İbrahimov ötən sessiya ərzində görülən işlər haqqında məlumat verib. O bildirib ki, payız sessiyasında komissiya tərəfindən müzakirəyə 15 sənəd təqdim edilib. Bunlardan 13-ü qanunlara əlavə və dəyişiklik, 2-si isə qanun layihəsi olub. Bütün sənədlər parlamentin plenar iclaslarında qəbul edilib. E. İbrahimov yaz sessiyasında “Arıçılıq haqqında” və “Pambıqçılıq haqqında” qanun layihələrini parlamentin müzakirəsinə çıxaracaqlarını deyib: “Bundan başqa, gələcəkdə “Fermer təsərrüfatı haqqında”, “Kooperasiya haqqında”, “Kənd təsərrüfatının inkişafı haqqında” qanun layihələrini də hazırlayaraq parlamentə təqdim edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR